Həyat yoldaşım olmayandan sonra həyat necə davam edə bilər?” - Əməkdar artist
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bəzən efirdə sənətçilər deyir ki, "mən varam, qoy məndən danışsınlar, mənim varlığım kimlərisə yandırır". O sözün üstündən mən hər zaman səthi keçirdim. İnsan varlığı ilə heç kimi yandırmaz, insan ancaq yoxluğu ilə yandırar. Sən varsansa kimlərisə sevindir, başına sığal çək. Qarmonu əlimə alan kimi, birdən görürəm ki, anam gəlir durur gözümün qabağında, əzizlərim gəlir. Anamın xoşladığı musiqiləri ifa edəndə gözlərim dolur. Öz-özümə deyirəm ki, " kaş anam da bu musiqiləri eşidərdi"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü deyib. O, daha sonra əlavə edib.
"2013-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm. Hər zaman tamaşaçıların qarşısında özümü pozitiv, deyib-gülən göstərmişəm. Xoşlamamışam ki, kimsə mənim dərdimi, problemimi bilsin. Hamının öz problemi var. Ona görə də uzun müddət xəstəliyimi tamaşaçılardan gizlətdim. Xəstəliyimdən şübhələnmişdim, amma heç həyat yoldaşıma da deməmişdim. Fikir edən insan idi, dərd götürməzdi. Şükür Allaha ki, dərd verdi, dərman da verdi. Həyat yoldaşım rəhmətə gedəndə mənə gəlib baş sağlığı verib, deyirdilər ki, "özünü ələ al, həyat davam edir". Mənə o sözü deyən insanlardan elə acığım gəlirdi ki. Həyat yoldaşım olmayandan sonra həyat necə davam edə bilər?" deyə sənətkar bildirib.
Gülbahar Şükürlü daha sonra musiqinin insana təsirindən danışıb.
"Musiqi ruhun qidasıdır. Həkimlər var ki, xəstəni musiqi ilə əməliyyat, müalicə edir. Musiqiçi olmaq üçün anadan musiqiçi doğulmalısan. Musiqini hər insan hiss etməlidir. Hərdən deyirlər ki, musiqinin dili yoxdur. Musiqi duyumu olan bir insan milliyətindən, dinindən asılı olmayaraq onu başa düşür, yaşayır. Heç vaxt ifa etdiyim musiqilərin sözlərini bilmirəm. Elə bil ki, musiqini yaddaşıma, ürəyimə, beynimə həkk etmişəm. Qarmon aləti mənim həm də dərd ortağımdır. Bəzən elə olur ki, haramsa ağrıyır. Qarmonu əlimə götürüb ifa edirəm, o ağrı-acını unuduram" deyə sənətkar bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
XƏBƏR LENTİ
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib





