Şou-biznes

Sezen Aksudan iranlı qadınlara DƏSTƏK

29 Sentyabr 2022 13:18
Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur müğənni Sezen Aksu İranda Mahsa Aminin ölümüylə başlamış etiraz aksiyalarına öz dəstəyini ifadə edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında "Uzun zamandır qarışıq duyğular içində olanları izləyirəm. Görəsən qadınların kişilərlə eyni tərəzidə, eyni çəkidə görünməsi üçün daha neçə ton acı vermələri lazımdır? Azadlıq neçə ölüm istəyər, neçə övladımızı qurban verməliyik, neçə işgəncə, neçə cəhənnəm yaşamalıyıq? Azadlıq neçə can istəyər, neçə ölüm tələb edər? Gənc yaşda həyatı əlindən alınan Mahsa Amini və azadlıq mübarizəsi aparan bütün İran və dünya qadınlarının cəsarəti önündə hörmətlə baş əyirəm. Acınız acım, mübarizəniz mübarizəmizdir" deyə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.