Şou-biznes

Özcan Dənizin keçmiş arvadı: “Evli olduğumuz zaman indiki sevgilisi ilə eşq yaşayıb” – FOTO

17 Sentyabr 2022 11:08
Baxış: 1 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə televiziyasında yayımlanan "Söylemesem" verilişinin iddialarına görə, Özcan Dəniz keçmiş həyat yoldaşı Feyza Aktanla evli olduğu vaxt Samar Dadgar adlı iranlı qadınla görüşməyə başlayıb.

Milli.Az bizim media-ya istindən xəbər verir ki, Feyza sosial şəbəkə hesabında qalmaqallı məsələyə aydınlıq gətirib.

O yayılan xəbərləri yazdığı sözləri ilə təsdiqləyib:

"Xəbər doğrudur. Uzun zamandır bildiyim, lakin dilə gətirmədiyim bir mövzudu. Məndən olsaydı, yenə də gizli qalıb və beləcə davam edərdi. Bu nə cəfəngiyatdır! Hansı haqla? 

"Bir gənc qadının həyatı" mövzusundakı həssaslıq kaş ki mənim həyatımda da göstərilsəydi. Mənim də həyatım var. Mən o həyatı yaşamaq istəyirəm", - deyə F.Aktan bildirib.

Qeyd edək ki, hazırda Özcan Dəniz özündən 24 yaş kiçik iranlı Samar Dadgarla eşq yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.