Şou-biznes

Hadisə və Mehmet Dinçerler evlərini ayırdılar

13 Sentyabr 2022 18:28
Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin pop ulduzu Hadisə və biznesmen həyat yoldaşı Mehmet Dinçerler evlərini ayırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlük aralarındakı problemi həll etmək üçün bir müddət ayrı qalmaq qərarına gəlib.

Onlar dünən axşam getdikləri toydan çıxarkən görüntüləniblər. Maşınına tərəf gedən Dinçerler Hadisə ilə evliliyinin yolunda getməməsi ilə bağlı sualları cavabsız qoyub. Eyni zamanda, sürətlə oradan uzaqlaşan iş adamının barmağında yenə nişan üzüyünün olmaması diqqət çəkib.

Xatırladaq ki, Hadisənin konsertində "Küçük bir yol" mahnısının "O sen olsaydın yanımda" hissəsini oxuyarkən ağlaması, barmağında nişan üzüyünün olmaması, həmçinin həyat yoldaşı Dinçerlerin də açılış mərasiminə nişan üzüyü taxmadan, tək gəlməsi onların evliliyində problem yaşadıqları ilə bağlı dedi-qodulara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.