Şou-biznes

Yaşar Nurinin qızı: "Dodaq boyası çəkdiyim üçün atam dünyanı dağıdırdı" - VİDEO

10 Sentyabr 2022 13:07
Baxış: 2 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atamın bircə baxışı, duruşu bizim üçün qanun idi. Onun bizə sözü olanda belə üzümüzə demirdi".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər qonaq olduğu "O üz" verilişində deyib.

Sənətkarın qızı bildirib ki, atası onun illər əvvəl dodaq boyası çəkməsinə əsəbləşib:

"Mən 11-ci  sinifi yeni bitirmişdim. Qırmızı dodaq boyası çəkdim. Həmin zaman qonaqlığa gedirdik. Elə qonaqlıqda başını mən tərfə qaldırıb, diqqətlə baxdı. Sonra isə anamın qulağına nəsə pıçıldadı. Anam mənə yaxınlaşıb dedi ki, dodaq boyasını silim".

Qeyd edək ki, Yaşar Nuri 2012-ci ildə uzun sürən xəstəlikdə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.