Şou-biznes

Hadise konsertində ağladı - VİDEO

5 Sentyabr 2022 15:40
Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur pop ulduzu Hadise kövrək anları ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 36 yaşlı sənətçi İzmir konserti zamanı "Küçük bir yol" mahnısını ifa edən vaxt ağlamağa başlayıb.

Həmin anları sosial şəbəkə hesabında paylaşan Hadise sözügedən mahnının onun üçün çox özəl olduğunu vurğulayıb:

"Düz iki il əvvəl bu gün həyatımın mahnısı adlandırdığım "Küçük bir yol"u təqdim etdim. Bizi belə güclü və mənalı mahnı ilə bir araya gətirdikləri üçün mahnının sözlərini yazan Devrim və Meteyə təşəkkür edirəm".

Həmçinin sənətçi konsert zamanı auditoriaya "Siz heç yanılmısınızmı?" sualını ünvanlayıb.

Qeyd edək ki, Hadise nişanlısı, iş adamı Mehmet Dinçerler ilə aprel ayında evlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.