Şou-biznes

Tom Kruzun yarış avtomobili satışa çıxarıldı - FOTO

5 Sentyabr 2022 19:24
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tom Kruz ilk növbədə Hollivud aktyoru kimi tanınır.

Bundan əlavə, kino ulduzu avtomobil texnologiyalarına böyük məhəbbət bəsləyir. O, gənc yaşlarında yarışlarda da iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda Tom Kruzun şəxsən yarışdığı 1984-cü il istehsalı olan Nissan 300ZX sportkarı hərraca çıxarılıb.

1987-ci ildə aktyor kupe ilə Amerika İdman Avtomobil Klubu (SCCA) çempionatının "SSA Class" turnirinə qatılıb.

Arxa ötürücülü kupe 3,0 litrlik V6 mühərriki ilə təchiz edilib

Yürüş məsafəsi 8000 kilometrdən çox olan Nissan 300ZX hərracdakı maksimum təklif hələlik 20 min dollardır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.