Şou-biznes

Xalq artisti koronavirusa yoluxub, vəziyyəti ağırdır

31 Avqust 2022 11:52
0 Şərh     Baxış: 2 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam hələ də Mərkəzi Klinikaya köçürülməyib. Heydər Əliyev Fondundan tapşırılmışdı ki, köçürülsün. Hələ də qalıb".

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib. O, atasının hazırda Mərdəkanda müalicə aldığı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında koronavirusa yoluxduğunu bildirib: 

"Atam bu xəstəxanaya "Covid-19" xəstəsi kimi gəlməyib. Onun yatdığı palatanın yanında koronavirus xəstəsi müalicə alırdı. Virusa da ona görə yoluxub".

Qeyd edək ki, Xalq artistinin səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. Heydər Əliyev Fondundan isə bu gün bildirilib ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün müraciət edib. Fond da, öz növbəsində, ailəyə dəstək göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.