Şou-biznes

Türkiyəli məşhur aktyorun dəfnində qalmaqal - FOTO

24 Avqust 2022 11:46
0 Şərh     Baxış: 1 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış aktyorlarında olan Civan Canovanın dəfn mərasimində maraqlı anlar yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş verənlər ustad oyunçunun xatirəsinə hörmətsizlik kimi dəyərləndirilib.

Canova üçün cənazə namazı Zincirlikuyu məscidində qılınıb. Məşhur isimlərin axın etdiyi dəfn mərasiminə qatılan bir qadın dayanmadan foto çəkməsilə diqqət çəkib.

O, Canovanın keçmiş həyat yoldaşı Açelya Akkoyun və Tuna Armanla şəkil çəkdirmək istəyən ətrafdakıların narazılığına səbəb olub.

Qadına belə davranışların dəfn mərasiminə uyğun olmadığı barədə xəbərdarlıq edilsə də, o, deyilənlərə məhəl qoymayıb.

Cənazə namazından sonra Civan Canova Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.