Hər kəsin "Kaybolan yıllar" dizisinin "Esmer"i kimi tanıdığı Saruhan Hünel uzun müddətdir birlikdə olduğu sevgilisi Rabia Öztürkə evlilik təklif edib. Məşhur aktyor gələcək həyat yoldaşı ilə Bodrumda görüntülənib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, cütlüyün gələn yay toylarının olacağı deyilir. Onların Bodrum tətilindən sonra Çeşme-Marmarisdə tətilə davam edəcəyi öyrənilib.
Məşhur cütlük səmimi görüntüləri ilə diqqət çəkib.
Milli.Az