Şou-biznes

"Sonra da ağlayıb hönkürərsiniz..." - Brilliant ölümündən yazdı... - FOTO

19 Avqust 2022 18:37
0 Şərh     Baxış: 1 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova növbəti dəfə paylaşımı ilə diqqət çəkib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, "Instagram" hesabında yenə fikirlərini şeir formasında izləyiciləri ilə bölüşüb.

O, ölümdən söhbət açıb:

"Həyətdə uzanmaq üçün bir örtük istədim. Gətirin, küləkdən qorunum dedim. Kiçik bir yaylıq gətirdilər - yarı-yarımçıq üstümü örtdülər. Heyifdir, böyük örtükləri qoruyun dedim. Öləndə üzərimə salarsınız. Sonra da ağlayıb hönkürərsiniz". 

Xalq artistinin bu paylaşımına xeyli bəyənmə və reaksiya gəlib. İzləycilər "Belə sözlər yazmayın", "Ölümdən niyə danışırsınız?", "Firəngiz Rəhimbəyovaya rəhmət yazırsınız?" kimi bir çox şərhlər yazıblar.

B.Dadaşovanın bu sözlərini hətta kiməsə yazdığı da düşünülüb. 

Qeyd edək ki, o, ötən dəfə qız övladlarına verdiyi dəyərdən yazmışdı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.