Şou-biznes

Məşhur aktyor ÖLÜMDƏN DÖNDÜ

10 Avqust 2022 12:15
1 Şərh     Baxış: 1 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekranların ən çox bəyənilən aktyorlarından olan Çağatay Ulusoy baş rolda oynadığı yeni layihəsi ilə son vaxtlar böyük səs-küyə səbəb olub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rejissorluğu Cem Karcının olduğu "Terzi" serialında "Peyami" obrazını canlandıran aktyor bu yaxınlarda çəkiliş meydançasında qəza keçirib.

Aksiyon səhnəsi çəkilərkən birdən maşının üzərindəki kamera yerindən çıxıb. Maşının şüşəsinin əvəzinə kameranın yerə düşməsi ilə aktyor ölümdən dönüb.

Qırılan kameranın qiymətinin 500 min TL (təxminən 50 min manat) olduğu öyrənilib. Ulusoyun kameranın icarəyə götürüldüyü şirkətin ortaqlarından biri olduğu da bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.