“Çox özümə qapandım, amma yaxşı ki, belə oldu” - Akif İslamzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün böyük sənətkar, məlahətli səsi ilə qəlblərə yol tapmış Akif İslamzadənin doğum günüdür.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkədə sənətkarla fotolarını paylaşaraq onu təbrik edib.
"Sənətkar, doğum gününüz mübarək! Yaxşı ki, varsız. Bir sözü heç vaxt yadımdan çıxmayacaq. Dedi ki, səsim batanda çox narahat oldum, çox özümə qapandım, çox pis idim... Amma zaman keçdi, dedim, yaxşı ki, belə oldu!
Mən anladım və gülümsədim. O demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin!" - müğənni qeyd edib.
Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində Tofiq Əhmədovun rəhbərliyi ilə estrada-simfonik orkestrində işə başlayıb.
Hərbi xidmətdən sonra "Azərbaycan Dövlət Konsert" İstehsalat Birliyinin vokalisti olub.
Əsrarəngiz səsə malik Akif İslamzadənin yaradıcılığı xalq və bəstəkar mahnıları ilə zəngindir. İfa etdiyi hər musiqi əsəri dinləyicini qeyri-adi aləmə apararaq, sözlə musiqinin ahəngindən yaranan səhnənin iştirakçısına çevirir. Səsdə olan sevinc və kədər, nostalji və romantik hisslər, inam və ümid insana xoş duyğular və yeni ruh gətirir.
Akif İslamzadənin ifasında səslənən "Sarı Gəlin", "Bu gecə", "Bura Vətəndir", "Alagözlüm", "Ötən günlərimi qaytaraydılar" və yüzlərlə mahnı illər, nəsillər, zövqlər dəyişdikcə, yenə də sevilir.
Akif İslamzadə bir çox bəstəkarlarla işləyib. Eyni zamanda sənətdə ilk addımlarını atan gənc müğənnilərə də həmişə dayaq olub.
Musiqi mühitində böyüyüb, boya-başa çatan Akif İslamzadə Xalq artisti, gözəl xanım və mügənni Sara Qədimovanın övladıdır və ilk sənət dərslərini, səhnə mədəniyyətini də Sara xanımdan, qohumu, ustad xanəndəmiz Hacıbaba Hüseynovdan öyrəndiyindən onun adı çəkiləndə məhz sanballı, səsini düzgün idarə edən, hərəkəti ilə davranışı ahəng təşkil edən peşəkar müğənni və ideallarına sadiq bir şəxsiyyət obrazı göz önündə canlanır.
Akif İslamzadə 2016-cı ildə Prezident təqaüdünə layiq görülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)
-
Tacir Şahmalıoğlu arıqlayıb belə oldu - Günü-gündən niyə çəki itirir? - (Video)
XƏBƏR LENTİ
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
Bakıda güclü yanğın başlayıb - (Video)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək





