Şou-biznes

"Bəyəm bilmirəm ki, hansı tədbirdə hansı mahnını ifa etmək lazımdır?!" - VİDEO

19 İyul 2022 16:00
0 Şərh     Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sosial şəbəkədə paylaşımları gördüm. Sevda xanımın müsahibələrindən anladım ki, heç özü belə bilməyib ki, bu mahnını kim ifa edib. Təsadüfü bir şey olub. Həmin gün heç mən orada olmamışam. Novruz şənliyində olmuşdu bu hadisə. Uşaqlardan kimsə o mahnını ifa edib. Özüm orada olmaya-olmaya xoşaqəlməz söz-söhbətlər ortalığa çıxdı. Əslində heç Sevda xanımda günah yoxdur. Orada əsas günah "Instagram"da xəbər səhifəsi açıb, bu hadisədən xəbər düzəldənlərdədir". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu "Şourum" maqazin verilişində deyib. 

Sənətçi aylar əvvələ qayıdaraq, İçərişəhərdə keçirilən Novruz şənliyi zamanı repertuarına yer alan "Ağlıma bir ad gəlir" mahnısının kimlərsə tərəfindən səslənməsi və nəticədə Əməkdar artist Sevda Ələkbərzadənin tənqidi ilə üzləşdiyi hadisəyə aydınlıq gətirib.  

"O mahnını ifa etməsəm də belə, faciə oxumamışam. "Ağlıma bir ad gəlir" mahnı faciəli deyil. Bu mahnı faciə olsa insanlar el şənliklərində qol qaldırıb rəqs etməzlər. O mahnını Azərbaycan dilində səsləndirmişəm.

Məni sevən o kütlə var ki, o kütlə də mənim üçün bəsdir. Amma Əməkdar və Xalq artistlərimizə böyük hörmətim var. Sadəcə onlara da düzgün çatdırılmayıb. Əsas anlaşılmazlıq o tədbirdə mənim olmamağım və mahnımın ifa olunmağıdır. Tədbirlərdə və el şənliklərində ifa etdiyim mahnılar fərqlidir.

Bəyəm mən bilmirəm ki, hansı tədbirdə hansı mahnını ifa etmək lazımdır?! O tədbirdə olsaydım, təbii ki o mahnını orada ifa etməzdim. Repertuarıma o qədər Azərbaycana aid və Xalq mahnılarımız var. Onları ifa etməyi çox gözəl bacarıram və səsləndirərəm də. Bax bu cür anlaşılmazlıq olmuşdu". 

Qeyd edək ki, S. Ələkbərzadə İçərişəhərdə keçirilən Novruz konsertinin videosunu paylaşmış, "İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur, görəsən?" - deyə fikirlər səsləndirmişdi.  

Daha sonra paylaşdığı videoda isə həmin ifaçını tanımadığını, adının və fotosunun başqaları ilə yanaşı hallandırılmasını istəmədiyini bildirib.  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.