Şou-biznes

"Atasının malı kimi istifadə edir" - Rejissorlara səsləndi

15 İyul 2022 17:30
0 Şərh     Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Eldar Mansurov rejissorlardan gileylənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəstəkar mahnılarından icazəsiz istifadə edildiyini bildirib. Bu haqda "Bağ havası" proqramında danışan Mansurov rejissorlara səslənib:

"Filmlərə musiqini ancaq o vaxtlar yazmışam, indikilərə yox. İndiki kinoçəkənlər öz tayını tapır, özlərinə xoş olanlarla çalışır. Mənim musiqilərimi öz filmlərində görmürlər. Onlarla işləmirəm. Cavanlar seriallar çəkirlər, baxıram mənə demədən musiqimi istifadə edirlər. Yalandan deyirlər, filankəsindir, bəzisi titrda adımı yazır. Eləsi də var ki, yazmır, atasının malı kimi götürüb işlədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.