Şou-biznes

Məşhur sənətçiyə AĞIR İTKİ: "Acımız çox böyükdür..."

13 İyul 2022 16:00
0 Şərh     Baxış: 2 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur türküçüsü Ceylanın bacısı Nalan Avcı vəfat edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə əvvəlcə müğənni Alişan sosial şəbəkə hesabında məlumat yayıb. Alişan başsağlığı verərək yazıb: 

"Allah səbr versin, Ceylanım... Başımız sağ olsun, məkanı cənnət olsun, İnşallah. Ceylanın bacısı Nalan Avcı rəhmətə getdi. Ailəsinə və sevənlərinə başsağlığı diləyirəm".

Ceylan özü də "Instagram" hesabının hekayə bölümündə bu barədə məlumat paylaşıb. O, ailəsi adından ağır xəbəri izləyicilərlə bölüşüb:

"Canımız, qiymətlimiz, bacımız - Nalan Avcı haqqın rəhmətinə qovuşdu. Acımız çox böyükdür... Cənazəsi bu gün Levent məscidindən qaldırılacaq və Kilyos məzarlığında dəfn ediləcək". 

Qeyd edək ki, Nalan Avcı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, dünən axşam saatlarında dünyasını dəyişib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.