Şou-biznes

"İmkan vermədilər ki, nə toylara gedim, nə də sənətimi davam etdirim"

13 İyul 2022 14:22
0 Şərh     Baxış: 1 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Babamın sənətini davam etdirmək istədim. Amma geri çəkildim, daha doğrusu məni geri çəkilməyə vadar etdilər. İmkan vermədilər ki, nə toylara gedim, nə də sənətimi davam etdirim. Həm Tofiq Quliyev adına orta ixtisaslı musiqi məktəbini, həm də Asəf Zeynallı adına musiqi kollecinin xanəndəlik ixtisasını bitirmişəm. Akif İslamzadə, anamın xalası oğlu sağ olsun mənə köməklik etdi ki, Asəf Zeynallıya qəbul olum. Təhsil aldığım müddətdə də köməkliklər müəyyən qədər oldu. Amma təhsilimi bitirəndən sonra heç kim mənə dayaq olmadı. Olub ki, toy danışmışam, beh verilib sonradan o toyların sahibi imtina ediblər. Hacıbaba Hüseynovun nəvəsi olduğuma görə belə hallarla çox üzləşmişəm. Halbuki mən gözləyirdim ki, o boyda dahi sənətkarın nəvəsi olduğuma görə məni qabağa çəkərlər, daha çox maraqlanarlar. Amma özümə qarşı müsbət hallar demək olar ki, görmədim"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xanəndə Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra babasının taleyini yaşadığını bildirib.

"Babamın yaşadığı taleyi yaşayıram. O da zamanında belə hallarla çox üzləşib. Bunun bir adı var, o da paxıllıq. Anam bəzən deyir ki, babana oxşamısan, bizim alnımıza belə yazılıb. Biz gedib qapı döyən də deyilik, kiməsə problemimizi deyən də deyilik. Hətta musiqi məktəbində oxuyanda bir çox xanəndələr eşitmişdi ki, Hacıbabanın nəvəsi də burada oxuyur. Gözlərinə inanmamışdılar. Onların bir çoxu dünyalarını dəyişib. Mən də dərslərinə girmirdim, təkcə xalq artisti Zabit Nəbizadənin dərsində otururdum. İncəsənətdə ömür boyu paxıllıq, ayaqdan çəkmələr olub. Mənim babam o boyda xanəndədir, ona olubsa, mənə əlbəttə ki, olacaq. İlk illərdə bu münasibətlərdən sarsıldım, mənə çox pis təsir etdi, sonradan təəccüblənmədim. Təbii ki, insanda sənətə qarşı həvəs, istək ölür" deyə xanəndənin nəvəsi bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.