Şou-biznes

Bəy toyda Elnarəyə pul uzatdı, o isə qəbul etmədi - VİDEO

12 İyul 2022 12:00
6 Şərh     Baxış: 17 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elnarə Abdullayeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi iştirak etdiyi el şənliyində bəylə olan həmsöhbətinin videosunu yayımlayıb.  

Görüntülərdə Elnarə ifası zamanı bəyə bir neçə dəfə "Pulun var?" sualı ilə müraciət edib. Bəy isə utanaraq xanəndəyə bir neçə əskinaz uzadıb.

Bəyin bu addımını isə E.Abdullayeva qəbul etməyib. Əməkdar artist pulları gəlinə verib. O isə pulu həyat yoldaşının cibinə qoyub. 

Qeyd edək ki, bir neçə gün əvvəl şairə Nazilə Səfərli Şəmkirdə toyu idarə edərkən əlində tutduğu mikrofona yüz manatlar dolayaraq canlı yayıma çıxması ilə gündəmə gəlmişdi.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.