Şou-biznes

Çağlar "Teşkilat"dan getdi

12 İyul 2022 15:00
1 Şərh     Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda mövsüm finalına ayrılan "Teşkilat" serialında rol alan Çağlar Ərtuğrulun ekran işini lentə alan şirkətin nümayəndələri ilə mübahisəsi təkrarlanıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu səbəbdən aktyor ekran işi ilə bağlı qərarını yenidən gözdən keçirib. Bildirilib ki, yeni mövsümdə daha bir qəza ssenarisi ilə Çağlar layihəyə vida edəcək. Artıq onun yerinə baş rolda ifa edə biləcək başqa aktyorun axtarışları başlayıb.

Qeyd edək ki, Çağlar daha əvvəl şirkətin verilən sözlərə əməl etmədiyini bildirmişdi. O, serialda "Serdar" obrazına həyat verirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.