Şou-biznes

Adamyeyənlikdə ittiham olunan aktyor satıcı işləyir

11 İyul 2022 16:45
0 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adamyeyənlikdə ittiham olunan amerikalı aktyor Armi Hammer Kayman adalarında satıcı kimi işə düzəlib.

Milli.Az-ın Lent.az-a istinadla xəbərinə görə, qeyd olunur ki, aktyor ofisdə masa arxasında əyləşərək ərlə arvada Kayman adalarında mülk sahibi olmağın faydalarından danışıb. Eyni zamanda, Hammer potensial alıcılar üçün dəbdəbəli əmlakın dəyərinin hesablanmasını həyata keçirib.

Əvvəllər aktyorun oteldə konsyerj kimi işləməyə başladığı barədə ilkin məlumat yayılıb. Söz-söhbətlər Hammerin işçi kimi göstərildiyi otel vərəqəsindən qaynaqlanırdı.

"Mən sizin şəxsi konsyerjinizəm və tətilinizdən ən yaxşı şəkildə yararlanmağınıza kömək etmək üçün buradayam", - elanda deyilir. Daha sonra Variety jurnalistləri onun vəkili ilə əlaqə saxlayaraq məlumatı təkzib ediblər. O, vərəqin saxta olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin yanvarında Harmi Hammerin keçmiş sevgilisi Kortni Vusekoviç mediaya onu manqalda bişirmək və yemək istədiyini etiraf etdiyini demişdi. "New York Post" qəzetinə verdiyi müsahibədə o, Hammerlə olan romantikasını "Quzuların səssizliyi" filmindəki adamyeyən manyak Hannibal Lekterlə münasibətdə olmaq ilə müqayisə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.