Şou-biznes

"Mən istədiyimi edərəm, istədiyimi də..." - Kürəkənindən Rəqsanəyə CAVAB

7 İyul 2022 20:26
4 Şərh     Baxış: 3 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanının kürəkəni Eşqinlə ailə qurmasına qarşı olub.

Sənətçinin hətta övladının Bakıda keçirilən toyuna qatılmaması da müzakirələrə səbəb olub.

"Eşqini ilk mən tanımışam. Əvvəl onların ailə qurmasına razı deyildim. Amma sonra gördüm sevginin qabağını kəsə bilmirəm" deyən Rəqsanəyə Eşqinin cavabı gecikməyib.

O, "Şourum"un bununla bağlı sualına "Mən istədiyimi edirəm, istədiyimi də alıram. Məsələ budur" cavabını verib.

Qeyd edək ki, Rəqsanə toy günü məclisə gəlib qızını təbrik edib gedəcəyini demişdi. Amma ifaçı həmin gün Rusiyadan Bakıya gəlməyib və xəstə olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.