Şou-biznes

Pərvin od püskürdü - “Həmin deputat evlidir və...”

7 İyul 2022 19:08
4 Şərh     Baxış: 3 014
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə millət vəkili Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala səbəb olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Pərvin Abıyeva İnstaqramda canlı yayıma açaraq əsəblərini cilovlaya bilməyib.

"O adamın uşağı, ailəsi, karyerası var. Bu əvvəl-axır araşdırılsa, üzə çıxacaq. Onda siz ölüb yerə girməyəcəksiniz ki?! Ağzım açıq izləyirəm. Heç vaxt elədiyim şeyi gizlətməmişəm. Araşdırın, axtarın. Ailəli adamdır, həyat yoldaşı və uşaqları var. Siz necə insanlarsınız?! Yaxşı ki, neçə vaxtdır İnstaqrama girmirəm. Keçən il də haqqımda nə qədər söz-söhbət çıxardılar. Nə oldu!? Başım sakit olsun deyə neçə müddətdir ki, efirlərdən, çəkilişlərdən belə uzağam. Mənim barədə yazılan xəbərlərin reytinqinə qalmısınız?!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.