Şou-biznes

Ancelinadan sonra o da Ukraynaya getdi - VİDEO - FOTO

20 İyun 2022 20:52
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Ben Stiller Ukraynanın Lvov şəhərinə gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sosial mediada aktyorun şəhərdə çəkilən görüntüləri yayılıb. Ben özü isə BMT-nin xoşməramlı səfiri kimi gəldiyi Polşa sərhəddində Ukraynadan olan qaçqınlarla görüşdüyünü bildirib.

"Milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb, onların 90%-dən çoxu qadın və uşaqlardır. Mən öyrənmək, müharibənin insana təsirini göstərən hekayələri bölüşmək və həmrəylik çağırışlarını gücləndirmək üçün buradayam.

Polşanın Medika sərhədi yaxınlığında Ukraynadakı müharibədən qaçan, yaxınlarını geridə qoyub nə vaxt evə qayıda biləcəkləri və ya geri dönəndə evləri olacaqları barədə heç bir fikri olmayan ailələrlə tanış olmaq şansım oldu" - deyə, o, paylaşımlarında yazıb.

Qeyd edək ki, 2 ay bundan əvvəl Hollivud ulduzu Ancelina Coli də sözügedən şəhərdə olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.