Şou-biznes

Tarkan ilk dəfə qızının üzünü göstərdi - FOTO

19 İyun 2022 17:22
0 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Tarkan ilk dəfə qızı Liyanın üzünü göstərib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, instaqramda birgə fotolarını izləyiciləriylə bölüşən sənətçi atalıq hisslərini belə ifadə edib:

"Ən qiymətlim, hər şeyim qızım... Səninlə birlikdə içimdəki uşağı yenidən böyütdüyümü, onu sevməyi yenidən öyrəndiyimi, varlığınla yaralarımın hər gün bir az da sağaldığını, əslində yenidən doğulduğumu bilirsən? Keçmişdə qaranlıqda qeyb olan ruhumun işığını səninlə yenidən gördüm. Atalıq nədir hələ yeni-yeni başa düşür və öyrənirəm. Arada ilişib yıxıldığımı, səhvlər etdiyimi, amma hər nəfəsimdə daha yaxşı ata olmaq üçün çalışıram, səy göstərirəm".

Qeyd edək ki, Tarkan 2017-ci ildə Pınar adlı xanımla ailə qurub. Bir il sonra cütlüyün Liya adlı qızları dünyaya gəlib. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.