Şou-biznes

"Anamın son nəfəsinə çata bilmədim" - VİDEO

16 İyun 2022 20:30
0 Şərh     Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox üzüldüm ki, anamın son nəfəsinə çata bilmədim. Bu da pandemiya səbəbindən oldu".

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə deyib. "O üz" verilişinə qonaq olan aparıcı ilk dəfə dünyasını dəyişən anasından danışıb. 

"Bu dəfə ilk dəfə açıqlama verirəm. Bir gün səhər tezdən mənə zəng vurdular ki, ananın vəziyyəti ağırdır, gəlməlisən. Mən evdən çıxdım. Lakin yollar bağlı idi. Balakənə çatana qədər anam rəhmətə getdi. Həmin vaxt qış ayları idi. O mənə çox təsir etdi ki, anamın son nəfəsinə çata bilmədim. Bəlkə də deyəcək bir sözü vardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.