Şou-biznes

Müğənni səhnədə çıxış edərkən alışıb yandı - VİDEO

27 May 2022 15:30
0 Şərh     Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada müğənni səhnədə çıxış edərkən yanıb.

Hadisə nəticəsində sənətçi yüngül yanıq xəsarətləri alıb.

Ksand Avyao yerli festival çərçivəsində stadionda konsert proqramı ilə çıxış edərkən səhnədəki tüstü avadanlıqların birindən alov çıxıb. Həmin an müğənni cihazın yanında olduğu üçün alov bir anda ona da keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xoşbəxtlikdən Ksand ciddi xəsarət almayıb və çıxışını davam etdirib.

"Saçlarım, qollarımdakı tüklər yanmışdı, qırxmalı oldum. Sənətkar dostlarım, bu işdə diqqətli olun", - deyə braziliyalı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.