Şou-biznes

Şakira İspaniyada mühakimə olunacaq

26 May 2022 23:59
0 Şərh     Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyalı müğənni Şakira İspaniyada mühakimə olunacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İspaniyada qaldığı müddətdə gəlirlərini "vergi cənnəti" ölkələrində gizlədib. O, 14,5 milyon avro dəyərində vergidən yayınmaqda ittiham edilib. Şakiranın etirazları rədd edilərək mühakimə olunmasına qərar verilib.

Prokurorluq Şakiraya qarşı 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edib.

Müğənninin işi ilə məşğul olan hüquq firması tərəfindən verilən açıqlamada deyilir ki, o, qüsursuz olduğu üçün günahsızlığı müdafiə ediləcək.

"Mmüdafiə tərəfinin irəli sürdüyü iddialar məhkəmə tərəfindən rədd edilməyib və adi proses davam edir", - hüquq firması bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.