“O, gəlinimiz olub, qardaşım onun ölümündən sonra tək yaşadı...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, xalq artisti Əminə Yusifqızı moderator.az-ın suallarını cavablandırıb.
- Əminə xanım, öncə təşəkkür edirik ki, suallarımızı cavablandırmağa razılıq verdiniz. Necəsiniz?
- Çox təşəkkür edirəm! Mənim sizə və saytınıza böyük hörmətim var. Son 10 ildə demək olar ki, heç yerə müsahibə vermirəm. Heç bir saytda müsahibəmi görə bilməzsiniz. Kim zəng edirsə bir bəhanə gətirirəm. Efirlərdən də yalnız Saleh və Nanənin verilişinə gedirəm. Məni tez-tez Salehin "Ötən günlər" verilişində görə bilərsiniz. O mənim hörmət etdiyim aparıcılardandır. Başqa hansı verilişlərə gedim ki? Nə verilişlər var ki? Mən bilirəm də hara getmək lazımdır. Bizim vaxtımızda olan verilişlər indi yoxdur.
- Verilişlərin az olmasının səbəbkarı kimdir?
- Əlbəttə ki, televiziyalar özləridir. Mən elə şeylərə qarışmıram əzizim.
- Uzun illər dublyaj sahəsində çalışmısınız. Dublyajın bu günki vəziyyəti sizi qane edir?
- Hanı dublyaj? Haradadır? Mən dublyaj görmürəm, maraqlı səslər eşitmirəm. O illərdə dublyaj edirdim, yaxşı da qonorar alırdım. O vaxt mən çox yaxşı qazanırdım. İllər keçəndən sonra nə televiziya, nə radio, nə də kinostudiya yaxşı qonorar vermədi. İndi kimi gəldi dublyaja çağırırlar. Bu düz deyil. Heç bir ölkədə belə bir şey yoxdur. Kinostudiyada dublyaj bölümü var idi, indi o da yoxdur.
- Hansı qiraətçiləri dinləyirsiniz?
- Xalq artisti Laləzar Mustafayeva mənim çox sevdiyim qiraətçilərdəndir. Amma o da indi yoxdur. Çünki verilişlər də yoxdur. Hansı efirə çıxsın Laləzar?
- Əminə Yusifqızı olmaq üçün çox əziyyət çəkmisiniz? Bəzən sənət qalmaqalları olur, şöhrəti qoruyub saxlamaq asan olmur.
- Mən hər zaman yaradıcılıqla məşğul olmuşam. İşim əziyyətlə olsa da ləzzət almışam. O ki, qaldı qalmaqallara... Heç vaxt qalmaqallarda adım hallanmayıb. Nə o illərdə, nə də ki, indi. Həmin insanlar qalmaqal edirlər ki, onlar özləri də elədir. Heç vaxt intriqalı suallara cavab verməmişəm. Qalmaqal edən insanlar özlərinə hörmət etməyən insanlardır. İnsan özünə qiymət verməsə heç kim ona qiymət verməz!
- Bəxtiyar Vahabadənin, Mikayıl Müşfiqin, Rəsul Rzanın şeirlərini bir çox tamaşaçılar sizin ifanızda seviblər. Deyərdim ki, bu 3 şairin yaradıcılığı elə sizin yaradıcılığınızda da xüsusi yer tutur.
- Mən hazırda Dağlı məhəlləsinə yaxın yerdə yaşayıram. Bu dağlılar hər zaman məni görəndə deyirlər ki, "sən bizimsən, bizim". Çünki ilk dəfə Mikayıl Müşfiqin şeirlərini mən səsləndirmişəm. Mikayıl Müşfiqi, Bəxtiyar Vahabadəni, Rəsul Rzanı bu xalq üçün açmışam.
- Bu gün gününüz necə keçir?
- Mən bu gün də yaradıcılıqla məşğul oluram. Özümdə buna güc tapıram. İnsan hər zaman öz üzərində çalışmalıdır. Stanislavski deyirdi ki, "sənətin damı yoxdur". Mən hər zaman fondumu təzələyirəm, təkrar biliyin anasıdır.
- Uzun illər teatrda da çalışmısınız. Bu gün o illəri necə xatırlayırsınız?
- Mən 10 il Akademik Milli Dram Teatrında, 10 il isə Gənc Tamaşaçılar Teatrında çalışmışam. Amma onunla belə radio, televiziya və kinostudiya ön planda olub. Çox işlər görmüşəm. Ailə ilə bütün bu işləri çatdırırdım, övladım balaca idi, qızıma anam baxırdı. Yaradıcılıq olan yerdə insan yorulmur.
- Filmlərə niyə az çəkilmisiniz?
- 1970-ci illərdən sonra çəkilən filmlərdə bütün aktrisaları səsləndirmişəm. Çoxu erməni, rus, alman idi. Hamısının səsini mən yazmışam, onlara həyat vermişəm. Bu günlərdə bir sənət dostum zəng etmişdi, dedi ki, siz elə bilirsiniz mən filmlərə baxıram? Mən sizin səsinizə qulaq asmaq üçün o filmləri izləyirəm. Hətta rus dilində də dublyaj etmişəm.
- Bilirəm ki, Azərbaycanda ilk avtomobil idarə edən xanımlardansınız. Bu Flora xanımdan öncə olub yoxsa sonra?
- Səhv etmirəmsə elə Flora xanımla eyni ildə idi. Ya da Flora xanımdan 1 il sonra. Hamı dəhşətlə baxırdı ki, sürücü qadındır. Mənimlə ötüşmək istəyirdilər, yalandan sürürdüm, qəfildən stop verirdim. Bunu da mənə köhnə bir sürücü öyrətmişdi (gülür). 20-25 il avtomobil idarə etmişəm. İndi sürmürəm, sürücüm var.
- Əminə xanım, bəlkə də heç kim bilmir, amma məndə olan məlumata görə xalq artisti Nuriyyə Əhmədova sizin qardaşınızın həyat yoldaşı olub. Bu həqiqətdir?
- Bəli, mən onun baldızıyam. Qardaşım Xanların həyat yoldaşı idi.
- Bəs niyə bunu hamıdan gizlətmisiniz?
- Bunu çox az adam bilir. Biz çox yaxşı yola gedirdik. O gündə mənim yadımdadır, heç yadımdan çıxarmı? Xanlar da musiqiçi idi. Mənim qardaşım ondan sonra tək yaşadı. Onlar ər-arvad məhv oldular.
- Ailəsi ilə bu gün əlaqəniz var?
- Bəli, əlbəttə! Onun nəvəsi Faiqi İncəsənət Universitetinə mən yönəltdim. Həmin universiteti bitirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





