Şou-biznes

“Azərbaycanda ən güclü stəndapçı mənəm" - Fərda - VİDEO

7 May 2022 11:30
Baxış: 1 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda ən güclü stəndapçı mənəm. Bu formatda mənim qədər əziyyət çəkən olmayıb".

Milli.Az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "O kimdir?" verilişində qonaq olan aktyor Fərda Xudaverdiyev deyib.

O, səhnə öncəsi həyəcandan, aktyor kimi güclü tərəflərindən, özünü türkiyəli komediya ustası Cem Yılmaza bənzətməsi ilə bağlı iddialardan danışıb.

"Stəndap formatında qırmızı rəngdən istifadə olunur. Mən hətta belə söz-söhbətlər yayılmasın deyə qara-sarı formatdan istifadə etdim. Lakin bu barədə heç bir yerdə yazılmadı", - deyə aktyor qınaqlara münasibət bildirib.

F.Xudaverdiyev boşanması ilə bağlı yayılan xəbərlərdən danışarkən intihara cəhd səbəbinin də haqqındakı şayiələr olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.