Şou-biznes

Aparıcı Vüsalədən yerinə gətirilən İlhaməyə: “Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz” - FOTO

29 Aprel 2022 10:12
1 Şərh     Baxış: 2 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Vüsalə Kərimova çalışdığı "Xoş beş" verilişindən ayrılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kərimova bu barədə sosial media hesabında məlumat paylaşıb.

Bir neçə gün öncə ARB TV-də kollektivlə fotosunu paylaşan Vüsalə "yenidən salamlaşmaq üçün vidalaşırıq" sözlərini qeyd edib.

Bu gün isə "Xoş beş" verilişində efirə çıxmayan Vüsalənin əvəzinə aparıcı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov gətiriliblər.

Vüsalə İ.Bədəlova ilə bağlı paylaşım edərək ona uğurlar diləyib.  

"Sizə uğurlar olsun, həyatım. Sən yaxşı dost və peşəkar insansan. Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz", - deyə Kərimova əlavə edib.

Qeyd edək ki, İlhamə Bədəlova eyni zamanda "Həkimsən" verilişinə də aparıcılıq edir. 

Sözügedən fotoları təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.