Şou-biznes

Model həyat yoldaşı ürəyindən əməliyyat olunub - VİDEO

29 Aprel 2022 16:08
0 Şərh     Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Castin Biberin model həyat yoldaşı Heyli Biber ürəyindən əməliyyat olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə model YouTube kanalında açıqlama yayıb.

Bir müddət əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən Heyli səhər yeməyi zamanı özünü pis hiss etdiyini və xəstəxanaya aparıldığını bildirib:

"Özümdə insultun simptomlarını hiss etdim. Xəstəxanaya apardılar və həkimlər müəyyən etdilər ki, beynimdə kiçik qan laxtası əmələ gəlib. Bu bir qədər oksigen çatışmazlığına səbəb olub. Şübhəsiz ki, həyatımın ən qorxulu anı idi. Həkimlərin fikrincə, bu, mikroinsultun səbəbi ola bilər. Buna görə də əməliyyat olundum. Hazırda hər şey qaydasındadır".

Heyli həmçinin bu çətin vəziyyətdə ailəsinin və həyat yoldaşı Castin Biberin ona çox dəstək olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.