Şou-biznes

Vüsalə getdi, yerinə İlhamə gəldi

28 Aprel 2022 19:06
3 Şərh     Baxış: 1 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Vüsalə Kərimova çalışdığı ARB və Azad Azərbaycan televiziyasından ayrılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib. Bir neçə gün öncə ARB-dəki kollektivlə fotosunu paylaşan Kərimova "yenidən salamlaşmaq üçün vidalaşırıq" sözlərini yazıb.

Bu gün isə "Xoş beş" verilişində efirə çıxmayıb. Onun əvəzinə aparıcı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov gətirilib.

Vüsalə bununla bağlı sosial media hesabında paylaşım edib:

"Sizə uğurlar olsun, həyatım! Sən yaxşı dost və peşəkar insansan. Ümid edirəm mənə qoyulan qadağalar sənə qoyulmaz", - deyə, Kərimova yazıb.

Qeyd edək ki, İ.Bədəlova eyni zamanda "Həkimsən" proqramında da aparıcılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.