Şou-biznes

Türkiyəli məşhur 8-ci mərtəbədən yıxılıb öldü - FOTO

25 Aprel 2022 16:24
0 Şərh     Baxış: 5 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beta adı ilə tanınan türkiyəli reper Berk Bayındır bu gün səhər saatlarında İstanbulun Kağıthane ilçəsində yaşadığı evin 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 31 yaşlı reperin hündürlükdən hansı səbəbə düşməsi hələlik məlum deyil. Hadisənin ardından polis və təcili tibbi yardım heyyəti əraziyə cəlb olunub. Lakin Berk hadisə yerindəcə həyatını itirib. 

Reperin cəsədi ekspertiza üçün Ədliyyə Tibb Qurumuna aparılıb. Hadisə zamanı evdə olan Berkin sevgilisi Gültepenin ifadəsi isə alınmaq üçün polis idarəsinə aparılıb.

Hazırda araşdırma davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.