Məşhur bloger cütlük Asya və Fuad İsmayılovlar ayrılıq qərarı verib.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Asya instaqramda məlumat paylaşıb.
O bildirib ki, anlaşmalı şəkildə boşanırlar:
"Həyat yoldaşım Fuad İsmayılovla anlaşmalı şəkildə ayrılmağa qərar verdik. Aramızdakı hörmət hər zamankı kimi qalacaq. Çünki övladlarımız var. Bəlkə nə zamansa bu haqda danışaram, amma hələlik bu qədər".
Qeyd edək ki, cütlüyün iki övladı var.
Milli.Az