Müğənni Qriqoriy Leps 37 yaşlı qızı İnqaya toy edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İnqa 32 yaşlı aktyor və rejissor Mixail Plutahinlə ailə qurub. Məclis dəbdəbədən kənar təşkil edilib.
Toyda ancaq gəlinlə bəyin yaxınları yer alıblar. İnqa bildirib ki, Mixaillə tanış olmazdan əvvəl heç vaxt ailə qurmaq haqda düşünməyib.
Qeyd edək ki, İnqa Lepsin ilk xanımı Svetlano Dubinskidən olan qızıdır.
Milli.Az