Şou-biznes

Hüseynin fanatlarına aldığı ayfonları kim mənimsədi?

20 Aprel 2022 12:18
0 Şərh     Baxış: 1 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov aprelin 17-də Bakıda "Park-Bulvar"da pərəstişkarları ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, görüşdən öncə "Soliton" mağazalar şəbəkəsi blogerin fanatları üçün Ayfon (İPhone) və digər markalardan ibarət 20-dən çox mobil telefon aldığı barədə videogörüntü paylaşmışdı.

Lakin H.Həsənovun 5 dəqiqədən artıq qala bilmədiyi görüş zamanı əlində öz telefonundan başqa heç nə yox idi. Blogerin özü də sosial şəbəkə hesablarında bununla bağlı heç bir görüntü paylaşmadı.

Bəzi iddialara görə, bu ayfonları Həsənovun mühafizəçiləri götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.