Şou-biznes

“TikTok-dan gündə 200 dollar qazanıram” - VİDEO

19 Aprel 2022 17:42
0 Şərh     Baxış: 3 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rejissor Kənan M.M. TikTok sosial şəbəkəsindən əldə etdiyi gündəlik gəlirini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Günə doğru" verilişində danışıb.

Rejissorun sözlərinə görə, onun sosial şəbəkədən gündəlik gəliri 200 dollar təşkil edir: "Əvvəl hesab açanda fikirləşdim ki, birdən canlı yayımda uduzaram. Belə də oldu. Sonra izləyici yığıldı. Pula çevirəndə təxminən 200 dollar qazanıram".

Kənan M.M. əldə etdiyi gəlirini elə TikTok-da xərclədiyini vurğulayıb: "Amma o pulu çıxartmağa utanıram. Elə TikTok-da xərcləyirəm. Canlı yayımlarda hədiyyə göndərirəm. Qoy, insanlar sevinsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.