Şou-biznes

"Hamı bildi ki, ailəm, övladım var və bitdi"

18 Aprel 2022 20:06
0 Şərh     Baxış: 2 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şəxsi həyatımdan sual verəndə bunu təhqir kimi qəbul edirəm. Hamı bildi ki, ailəm və övladım var. Bitdi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nurlan Növrəsli "Şourum" proqramına açıqlamasında deyib. Bir müddət əvvəl boşandığını açıqlayan müğənni şəxsi həyatı ilə bağlı suallara əsəbiləşib:

"Burada qəbahət yoxdur, onu şişirtmək lazım deyil. İkinci dəfə ailə qurulmamalıdır? Gündəmə düşmək mənim üçün asandır. Çox şey deyə bilərəm. Amma çalışmamışam qeyri-peşəkar yanaşmamla gündəmə düşüm.

İndi instaqramda rəqəmlər müəyyən vəsait hesabına artır. Bu rəqəmlərə baxıb, göstərici bilməməliyik".

Qeyd edək ki, Nurlan Növrəsli bir müddət əvvəl ilk həyat yoldaşından ayrıldığını və ikinci dəfə evlənməyə hazırlaşdığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory