Şou-biznes

Hüseynlə görüşdə vətəndaşlar kəmərlə döyüldü - VİDEO

17 Aprel 2022 17:45
7 Şərh     Baxış: 5 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənovla "Park Bulvar" ticarət mərkəzində baş tutan görüşdə vətəndaşlara şiddət tətbiq olunub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, həmin anların videosu sosial şəbəkələrdə yayılaraq müzakirə yaradıb. 

Görüntülərdə səhnəyə çıxmaq istəyən insanlara bir nəfər tərəfindən kəmərlə zərbələr endirildiyi yer alıb. 

OLAY sözügedən hadisə ilə bağlı "Park Bulvar"la əlaqə saxlayıb. Ticarət mərkəzinin  mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı məsələyə aydınlıq gətirib: 

"O şəxsi biz tanımırıq. Təşkilatçı şirkətin nümayəndəsidir. Biz də məsələ ilə bağlı onlara müraciət etdik ki, belə bir hadisə baş verib. Onun bizim şirkətin əməkdaşı deyil".

Həmçinin, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən zorakılığı belə şərh edib: 

"Bununla bağlı bizə hansısa bir məlumat daxil olmayıb. Bütün hallarda video-görüntülər araşdırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.