Şou-biznes

Müxbirə hücum edən Emre Kınayın həbsi tələb olunur

14 Aprel 2022 20:00
0 Şərh     Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor Emre Kınayın 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor bir müddət əvvəl Cihangirdə məkanlardan birindən çıxarkən onu lentə almaq istəyən müxbiri təhqir edib. Bu gün baş tutan məhkəmədə Emrenin 3 ay 15 gündən 2 il 4 aya qədər həbsi istənilib.

Vəkil Dilara Sezgin hadisə ilə bağlı şahidlik edərək yıxıldıqdan sonra ətəyi cırıldığı və kameraların bunu çəkməyə çalışması səbəbindən Emrenin belə bir addım atdığını deyib. O, müxbirlərin şiddətə təhrik edən suallar verdiyini də söyləyib.

Tərəflər dinləndikdən sonra məhkəmə tərəflərə iddialara qarşı müdafiə hazırlamaq üçün vaxt verərək iclası təxirə salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.