Şou-biznes

Boşandığı xanımından 50 milyon istəyir

14 Aprel 2022 19:00
0 Şərh     Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Conni Depp keçmiş həyat yoldaşı Amber Hörddən bir köşə yazısında onu ailədaxili şiddətdə günahlandırdığı üçün 50 milyon dollar tələb edir.

Milli.Az olay-a istinadən xəbər verir ki, Amber isə Depp əleyhinə 100 milyon dollarlıq məhkəmə prosesi başladıb.

2017-ci ildə boşanan cütlüyün məhkəməsinin ilk iclası ötən gün baş tutub. Hördün vəkili bildirib ki, Conni Amberə 2015-ci ildə 3 gün əsir alıb və təcavüz edib.

İddiadan sonra aktyorun ilk həyat yoldaşı Vanessa Paradis "Conni iki övladımın atasıdır. Sonuncu iddialar çox çirkindir. 14 il mükəmməl münasibətimiz olub. Mənə əsla fiziki şiddət göstərməyib", - deyə, bir yazı yayımlayaraq ona dəstək olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.