Şou-biznes

Xalq artistinin İsraildəki lüks villası - VİDEO

12 Aprel 2022 12:18
0 Şərh     Baxış: 1 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xalq artisti Alla Puqaçova, həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə İsraildə yaşadığı lüks villanın görüntüləri ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 650 kvadrat metrlik üç mərtəbəli malikanə Aralıq dənizinin Qeysəriyyə bölgəsində yerləşir. İddia olunur ki, cütlük ayda 1 milyon rub məbləğində kirayə ödəyir. Lakin bəzi mənbələr isə malikanin artıq Allaya məxsus olduğunu bildirib.

İkili şayiələrlə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, artıq fevralın sonundan Rusiyanı tərk edərək İsrailə gedən Alla və Maksimin bu ölkənin pasportunu almağa, burada işləməyə və övladlarının burada təhsil almasına çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.