Şou-biznes

Xalq artistinin tələbi yerinə yetirildi - Jurnalist məhkəməyə məcburi gətiriləcək

6 Aprel 2022 10:30
6 Şərh     Baxış: 3 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 4-də Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə iclası baş tutub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ü.Alovlu məhkəmə iclasında iştirak etməyib.

Bu səbəbdən də Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi, Yasamal Rayon Polis İdarəsinə təkrar tapşırıq verilməsi barədə təkrarən qərar çıxarılıb.

Qeyd edək ki, F. Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü. Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılıb.

Tərəflər arasında qalmaqala F. Kərimovanın videosu yayılan üç qız barədə "Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!" fikirlərinə Ü.Alovlunun sərt reaksiyası və aşağıda işlətdiyi bu sözlər səbəb olub:

"Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin "Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz" kimi bitməmiş sualına "Yaxşı arvadın əri ailədən getməzdi" deyərək, özünə bəraət qazandıran, "efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm" deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?.."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.