Şou-biznes

Mətanət İsgəndərlidən qeyri-adi addım - Hər ay bu qadına 130 manat pul verəcək - VİDEO

1 Aprel 2022 20:12
3 Şərh     Baxış: 3 257
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Mətanət İsgəndərli xeyirxah addım atıb. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi "Bizimləsən" verilişinə gəlib yardım istəyən Mədinə adlı xanıma hər ay 130 AZN pul verəcəyini bildirib. 

Onun bu addımı zaldakı tamaşaçılar, o cümlədən proqramın aparıcısı Zaur Baxşəliyev tərəfindən rəğbətlə qarşılanıb. 

Qeyd edək ki, Mədinənin atası ilə anası onu kiçik yaşlarında uşaq evinə atıblar. O, 11 yaşında təcavüzə məruz qalıb. Nəticədə hamilə qalan Mədinə 11 yaşında uşaq dünyaya gətirib.

Daha sonra qadın alverinin qurbanı olub, aldadılaraq Türkiyəyə aparılıb, həyatda daha ağır və çətin günlər yaşayıb. Buna baxmayaraq o, övladlarını atmayıb.

Ətraflı videoda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.