Şou-biznes

"Evlilikdə də pensiyaya çıxmaq lazımdır" - Yeni boşanan aktyor

30 Mart 2022 16:24
1 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktyor Müfit Can Saçıntı evliliklə bağlı etdiyi açıqlamasıyla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu ay 22 illik evliliyini sonlandıran aktyor sözləri ilə sosial şəbəkədə xeyli müzakirə olunub. O, "Bir bankda 20 il keçdikdən sonra təqaüdə çıxırsan. Məncə evlilikdə də pensiyaya çıxmaq lazımdır" söyləyib.  

Sosial şəbəkədə izləyicilərin bəziləri onun məntiqli düşündüyünü, digərləri isə doğru fikirdə olmadığını qeyd ediblər.

Qeyd edək ki, ikili 2000-ci ildə evlənib. 2005-ci ildə isə bir qızları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.