Şou-biznes

Yıldız Tilbenin cəzalandırılmasını istəyirlər

28 Mart 2022 16:42
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə heyvanları qoruma cəmiyyəti Yıldız Tilbe ilə bağlı şikayət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məhkəməyə təqdim edilən şikayət ərizəsində ifaçının küçə itlərinə qarşı yazdığı statusla bağlı şikayət qeyd olunub. 

Yıldızın "Küçə itlərinə o ərazidə yaşayanlar zəhərli ət versin və hamısını öldürsün, insan parçalamaq nə deməkdir" yazdığı sözlər onları bu şikayətə məcbur edib. Ərizədə Tilbenin ona ünvanlanan tənqidlərdən sonra paylaşımını sildiyi vurğulanıb.

Müğənninin daha sonra sosial şəbəkədə canlı yayıma girərək, insanları küçə heyvanlarını öldürməyə çağırması bildirilib. İfaçının buna görə cəzalandırılması tələb edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.