Rəqqasə Fatimə Fətəliyeva ilk evliliyindən danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında danışıb. Aparıcı Zaur Kamal rəqqasəyə "Saat 9-dan sonra niyə şam işığında otururdun? Necə dözdün" sözlərini söyləyərək, onun ilk həyat yoldaşından danışıb.
"Bilirsiz, necə əziyyət çəkmişəm? Onda 17 yaşım var idi. Saat 9-dan sonra işıqlar sönürdü və şam işığında otururduq. 8 ay buna dözdüm və gəldim ata evimə" deyə, Fatimə onun sözlərini təsdiqləyib.
Fatimə qızı Aydanın ona hind rəqsi etməyi qadağan etdiyini açıqlayıb.
Milli.Az