Şou-biznes

Ebru boşanır - FOTO

19 Mart 2022 11:34
0 Şərh     Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur model və aparıcı Ebru Şallı evliliyinə son vermək qərarına gəlib.

O, üç il əvvəl dəbdəbəli toyla evləndiyi Uğur Akkuşdan ayrılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2011-ci ildə küveytli sərmayəçiləri aldatması iddiası ilə mühakimə olunan Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun 8 il 4 ay həbs cəzası aldığı iddia edilib.

Maddi çətinlik çəkməsinə baxmayaraq, uzun müddət əri ilə birlikdə olan Şallının indi boşanma qərarı aldığı deyilir.

Evləndikdən sonra soyadını dəyişən Şallı sosial media hesabında dəyişiklik edib - Akkuş soyadını silib.

İddialara görə, borclar səbəbi ilə evə gələn icra məmurlarından bezən Şallının səbrini daşıran son hədd onların məşhurun keçmiş əri Harun Tanın da evinə getməsi olub.

Borclardan sıxılan keçmiş modelin həyat yoldaşından boşanmaqda qərarlı olduğu vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.