Rusiyalı balerina Olqa Smirnova ölkəsinin Ukraynaya qarşı apardığı hərbi əməliyyatlara səssiz qalmayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, babası ukraynalı olan sənətçi bu qərarını "Bütün ruhumla müharibənin əleyhinəyəm" cümləsi ilə ifadə edib.
"Mən həmişə istedadlı ruslarla, mədəni və idman nailiyyətlərimizlə fəxr etmişəm. Amma indi hiss edirəm ki, əvvəl və sonra arasında xətt çəkilir. İnsanların ölməsi məni kədərləndirir. Biz bu qlobal vəziyyətə biganə qala bilmərik. Rusiyadan utanacağımı heç düşünməmişdim",- deyə bildirib.
Smirnovanın "Raymonda" ilə ilk rəqs performansını aprel ayında nümayiş etdirəcəyi gözlənilir.
Milli.Az