Şou-biznes

Aygün Kazımova Moskvaya necə gedib?

12 Mart 2022 12:12
1 Şərh     Baxış: 3 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl Moskvada toyda iştirak edib. O, komandası ilə birgə Rusiyaya uçub.

Bu barədə sənətçi instaqramda məlumat yayıb. Lakin iki ölkə arasındakı aviareyslər dayandırıldığı üçün Kazımovanın ora necə getməsi maraq doğurub.

Milli.Az olay-a istinadən xəbər verir ki, Aygün əvvəlcə İstanbula, oradan da Moskvaya yola düşüb.

Qeyd edək ki, martın altısından etibarən beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.